Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 21:24

Nəsimi Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı Lənkəranda tutulan Elman Ağayevin həbs müddəti artırılıb.

«Report» bu xəbəri E.Ağayevin vəkilinə istinadən yayıb.

E.Ağayev barəsində seçilən həbs-qətimkan tədbiri 3 ay 25 gün müddətinə uzadılıb.

Daxili İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 2-si polis, 4-ü mülki şəxs olmaqla, 6 nəfər həyatını itirib.

Daha sonra kütləvi həbslər başlanıb. Bu həbslər zamanı «Müsəlman Birliyi» Hərəkatını sədri Tale Bağırov və xeyli tərəfdarı həbs ediliblər. Ölkə prokurorluğu Nardaran hadisələri ilə bağlı 70-dən çox şəxsin həbs edildiyini bildirib.

Onlara qarşı terrorçuluğun təşkili, qanunsuz silah saxlama kimi ağır ittihamlar irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG