Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:20

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün keçid balı 200 müəyyənləşib.

Ali məktəblərə qəbul müsabiqəsində azı 200 bal toplayan, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər.

Dövlət İmtahan Mərkəzi bildirir ki, ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

APA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O deyib ki, ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

İyulun 15-də ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanları başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG