Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:24

Milli Məclisin deputatları iyulun 15-dən yay tətilinə çıxıblar.

Xəbəri «Report» yayıb.

Deputatların yay tətili avqustun 30-dək davam edəcək.

Müvafiq qanununa əsasən, millət vəkillərinə məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənir.

Milli Məclisin sədri 4500, komitə sədrləri 3600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alırlar.

Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq.

Azərbaycanda deputatlar 5 illik seçilir, parlamentin plenar iclasları həftədə iki dəfə, çərşənbə axşamı və cümə günləri keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG