Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:28

-

AzadlıqRadiosunun da daxil olduğu ABŞ-ın Yayım Idarəetmə Şurasının (BBG) sədri Jeff Shell-i Rusiyaya buraxmayıblar. “Kobud aqressiya göstəricisi olan bu hərəkət ABŞ yayımçılarının, hökumətləri informasiyanı boğan xalqlara dəqiq informasiya çatdırma missiyasını əngəlləməyəcək”, bunu BBG-nin baş direktoru John Lansing deyir.

İyulun 14-də yayılmış açıqlamada Lansing bildirir ki, “hər gün Rusiya hökuməti tənqidçiləri susdurur, ölkədə və kənarda informasiyaya sərt nəzarət edir”.

Shell iyulun 12-də Moskvanın Sheremetevo aeroportunda saxlanıb. Bir neçə saat saxlandıqdan sonra ölkədən yola salınıb. Rusiya rəsmiləri daha sonra bildiriblər ki, Shell “nəhəng saxta antirusiya təbliğatının” təşkilatçısıdır. O, Rusiyaya girişi qadağan olunanların siyahısına salınıb. Rusiya bu addımı ABŞ-ın Rusiya rəsmilərinə qarşı sanksiyalarına cavab olaraq atıb.

Shell Moskvaya AzadlıqRadiosunun Moskva bürosunun 25 illiyini qeyd etməyə gedirdi.

XS
SM
MD
LG