Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:51

15 iyul atəşkəs açıqlaması


Erməni əsgər
Erməni əsgər

Müdafiə Nazirliyi Ermənistan silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozduqlarını bildirir.

Xəbərdə deyilir ki, Ermənistanın İcevan rayonunun Vazaşen, Noyemberyan rayonunun Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Fərəhli, Quşçu Ayrım kəndləri, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən isə Tovuz rayonunun Muncuqlu kəndi atəşə tutulub.

Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə məruz qalıb.

Bu il aprelin 2-5-də Qarabağ cəbhəsində hərbi əməliyyatlardan sonra tərəflər arasında danışıqlar intensivləşib.

Mayın 16-da Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşüb.

Cəbhə bölgəsində hərbi əməliyyatlar dayansa da, Azərbaycan Müdafiə Nazirliyi atəşkəs rejiminin cəbhənin müxtəlif istiqamətlərində pozulduğunu bildirir.

XS
SM
MD
LG