Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:07

İyulun 15-də I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilir.

Məlumatı Dövlət İmtahan Mərkəzi yayıb.

Mərkəz bildirir ki, iyulun 14-ü saat 09:00-a olan məlumata əsasən, 1115 abituriyent «İmtahana buraxılış vərəqəsi»ni çap etməyib.

Dövlət İmtahan Mərkəzi xatırladır ki, abituriyentlər imtahana özləri ilə

şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidir.

Xəbərdə qeyd edilir ki, göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkar edildikdə, abituriyent imtahana buraxılmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG