Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:44

Ukrayna prezidenti getdi


Petro Poroshenko və İlham Əliyev
Petro Poroshenko və İlham Əliyev

Ukrayna prezidenti Petro Poroshenko-nun Azərbaycana rəsmi səfəri iyulun 14-də başa çatıb.

AZƏRTAC- xəbər verir ki, Petro Poroshenko-nu hava limanında baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Petro Poroshenko Bakıya iyulun 13-də gəlib, 14-dən müxtəlif görüşlər keçirib, iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

Ukrayna prezidentinin Azərbaycana səfəri bu ilin fevralında Davos İqtisadi Forumunda onunla prezident İlham Əliyev arasında razılaşdırılmışdı.

Poroshenko-nun Bakıda keçirdiyi yüksəksəviyyəli görüşlərdə Azərbaycan enerjidaşıyıcılarının Ukrayna üzərindən Avropa ölkələrinə ötürülməsi əsas müzakirə mövzusu olub. Ukrayna prezidenti ölkəsinin bu sahədə əməkdaşlığa hazır olduğunu bildirib.

XS
SM
MD
LG