Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:09

Məscid yandırılıb?


Foto illüstrasiya
Foto illüstrasiya

İyulun 15-də Hacıqabulun Atbulaq kəndində məscid yanıb.

APA xəbər verir ki, dindarlar məscidin qəsdən yandırıldığı iddiasındadırlar.

Xəbərdə yanğın hadisəsinin gecəyarısı qeydə alındığı, naməlum səbəbdən alışan məsciddə pəncərə, xalça və dini kitabların yandığı deyilir.

Yanğının hansı səbəbdən baş verməsi hüquq-mühafizə orqanları və yanğına nəzarət xidməti tərəfindən araşdırılır.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında iyulun 15-də Hacıqabulun Atbulaq kəndində ümumi sahəsi 200 kv.m olan tikilinin pəncərəsi və içərisində 1 kv.m sahədə əşyaların yandığı bildirilir. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Rəsmi məlumatda bu tikilinin məscid olub-olmaması açıqlanmır.

XS
SM
MD
LG