Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 15:50

Vəkil Xalid Bağırov Vəkillər Kollegiyasına üzvlükdən çıxarılıb.

Bu barədə Xalid Bağırov özünün Facebook səhifəsində yazıb.

X.Bağırov onu da qeyd edib ki, Beynəlxalq Vəkillər Assosiasiyasına üzvlük dəvəti alıb.

Azərbaycanda son bir neçə ildə xüsusilə insan haqlarını, siyasi fəalları müdafiə edən hüquqşünaslar Vəkillər Kollegiyasından xaric edilir.

Vəkillər Kollegiyasından çıxarılma hüquqşünaslara cinayət işlərində müttəhimlərə vəkillik etməsinə imkan vermir.

Artıq bir neçə ildir ki, vəkillər qurumdan xaric edilir, müəyyən müddətə məhkəmə proseslərinə çıxmalarına qadağalar qoyulur.

X.Bağırov da bundan əvvəl Vəkillər Kollegiyasından uzaqlaşdırılmış, sonra isə bərpa olunmuşdu.

XS
SM
MD
LG