Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:12

-

ABŞ Dövlət katibi John Kerry Suriyada hərbi əməliyyatlarla bağlı Rusiyayla yeni anlaşma əldə etməyə çalışır. O, iyulun 14-də Moskvaya gələrək Prezident Vladimir Putin-lə görüşüb, iyulun 15-də isə rusiyalı həmkarı Sergei Lavrov-la danışıqlar aparacaq.

Putin-lə 3 saatlıq görüş zamanı Kerry “Suriya rejiminin atəşkəsi dəfələrlə pozmasından narahatlıq bildirib”. Bunu Dövlət Departamentinin sözçüsü John Kirby Moskvada jurnalistlərə deyib. Onun sözlərincə, tərəflər həmçinin Suriyada İslam Dövləti, Al-Qaeda-nın Suriya qanadı olan Jabhat al Nusra qruplaşmalarına qarşı mübarizəni müzakirə edəcəklər.

Kerry Putin-ə deyib ki, konkret addımlar olmayınca “diplomatik səylər qeyri-müəyyən müddətə davam edə bilməz”.

Görüşdən öncə Putin demişdi ki, ABŞ Prezidenti Barack Obamayla sonuncu görüşündə əmin olub ki, hər iki tərəf Suriyada münaqişənin həllinin tapılması səylərində səmimidir. O, Kerry-yə söyləyib ki, “bugünkü danışıqlardan sonra Obama-ya əldə edilən irəliləyiş, qarşımızdakı mümkün yol barədə danışa bilərsiniz”.

Obama administrasiyası Rusiyanın Suriyaya hərbi müdaxiləsindən narazılığını dəfələrlə bildirib. Rusiya Suriyada Prezident Bashar al-Assad rejimini dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG