Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:15

Fransada "yük maşını ilə terrorda" azı 73 nəfər həlak olub


Fransa telekanallarından görüntülər
Fransa telekanallarından görüntülər

Nitsa şəhərində yük maşınının izdihama çırpılması nəticəsində azı 73 nəfərin həlak olduğu bildirilib

Fransanın cənubundakı Nitsa şəhərində ölkə boyunca qeyd olunan Bastiliya günündə yük maşınının izdihamın içərisinə sürülməsi nəticəsində az; 73 nəfər həlak olub.

Hadisə atəşfəşanlıq zamanı şəhərin məşhur Promenade des Anglais adlanan bulvarında baş verib.

Sosial mediada yayılmış fotolarda onlarca insanın küçədə yerə sərildiyi görünür.

Bəzi xəbərlərə görə yük maşını bulvar boyunca 2 kilometrədək gedərək insanları əzib. Şahidlər bundan sonra sürücünün kabinədən atılaraq adamlara atəşaçdığını görüblər.

Hadisəni "basqın" adlandıran yerli hakimiyyət orqanları adamlardan evlərini tərk etməmələrini rica edib.

Nitsa meri Christian Estrosi deyib ki, "yük maşınının sürücüsü adamları bilərəkdən əzib".

Şəhər prokurorluğu azı 73-dək insanın həlak olduğunu təsdiq edib.

Polis ağ rəngli yük maşınını dövrələyib
Polis ağ rəngli yük maşınını dövrələyib

Bəzi məlumatlara görə polislə yük maşınındakılar arasında atışma baş verib. Lakin bu məlumat hələlik rəsmən təsdiq edilməyib.

Sosial mediada yayılmış videolarda adamların qorxu içində küçələr boyunca qaçdıdqları görünür.

"Nice Matin" qəzetinin müxbiri xəbər verir ki, hadisə yerində xeyli qan axıb və çox sayda xəsarət alan var.

Agence France-Presse agentliyinin xəbərində deyilir ki, maşın izdihama atəşfəşanlığın sonunda çırpılıb.

Tvitterdə yayılmış fotolardan birində ağ rəngli yük maşının dörd polis nəfərinin əhatəsində dayandığı görünür.

Şahidlərdən biri BFM telekanlına deyib ki, "hamı adamları qaçmağa çağırırdı".
Vox xəbər saytı yük maşınındakılardan birinin polis tərəfindın öldürüldüyünü xəbər verir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG