Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:11

Nardaran məhbusunun həbs müddəti artırıldı


-

İyulun 14-də Nəsimi Rayon Məhkəməsi Nardaran məhbsularından Nahid Qəhrəmanovun həbs müddətini artırıb.

Bu haqda APA-ya təqsirləndirilən şəxsin vəkili Bəxtiyar Hacıyev məlumat verib.

İstintaq N.Qəhrəmanovun həbs müddətinin 3 ay müddətinə uzadıb.

2015-ci ilin noyabrında hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı dövlət qeydiyyatı olmayan Müsəlman Birliyi Hərəkatının rəhbəri T.Bağırzadə və onun tərəfdarları saxlanıblar.

Əməliyyat zamanı 2-si polis olmaqla 7 nəfər ölüb.

Prokurorluq bildirmişdi ki, Müsəlman Birliyi Hərəkatına görə ümumilikdə 70 nəfər saxlanıb. Bu 70 nəfərdən daha yüngül maddələrlə ittiham edilənlərdən bəzilərinin məhkəməsi başlanıb. Onlardan bir neçəsinə hökm oxunub.

Məhkəməsi olanlar 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG