Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:15

FİFA iyulun 14-də milli komandaların növbəti reytinq siyahısını açıqlanıb.

Qurumun rəsmi saytında yerləşdirilən məlumatda 209 komanda yer alır.

Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.

Belə ki, Azərbaycan millisi ötən ay Kanada ilə yoldaşlıq görüşündə 1:1 hesabı ilə heç-heçə edən Robert Prosineçkinin komandası 253 xalla 137-ci pillədə qərarlaşıb.

2018-ci il Dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibləri Almaniya 4-cü, Şimali İrlandiya 28-ci, Çexiya 33-cü, Norveç 49-cu, San-Marino isə 200-cü yeri tutur.

Siyahıya yenə də Argentina millisi başçılıq edir. Belçika ikinci, Kolumbiya isə üçüncüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG