Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:37

-

İyulun 14-də Bakıda daha birintihar hadisəsinin baş verdiyi bildirilir.

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Report-un xəbərinə görə, qəsəbənin Ə.Ağayev küçəsi ev 22 mənzil 56-da yaşayan sakini Ofelya Bağırova özünü yaşadığı binanın 3-cü mərtəbəsindən atıb.

O.Bağırovanın hadisə yerində ölüb.

Faktı Sabunçu rayon Prokurorluğu araşdırır.

Qeyd olunan hadisə bu gün gələn ilk intihar xəbəri deyil.

Günün əvvəlində Daşkəsəndə 15 yaşlı Lalə Bağırovanın özünü asması, Bakıda isə 27 yaşlı Anara Camalovun dərman içərək intihar etməsi haqda xəbərlər yayılmışdı.

Son illər ölkədə intihar hallarının artdığı deyilir.

Rəsmi statistikaya görə, 2016-cı ilin əvvəlinə kimi müalicə-profilaktika müəssisələrində 96 min 79 nəfər psixi pozuntulu xəstə qeydiyyata düşüb.

Ötən il ilk dəfə psixi və davranış pozuntuları diaqnozu ilə 5 min 107 xəstə qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG