Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 10:38

“İyulun 13-də xarici işlər naziri olan Boris Johnson Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı kampaniyalar zamanı insanları aldadıb.

Bunu Fransanın xarici işlər naziri Jan Mark Eyro ( Jean-Marc Ayrault) deyib:

“Boris Consona görə qətiyyən narahat deyiləm. Onun stili, üsulunu özünüz yaxşı bilirsiniz. Kampaniyalar zamanı o Britaniya xalqına çox yalanlar danışıb, indi isə özü tələyə düşüb. Çünki bir tərəfdən o xalqını müdafiə eləməli, digər tərəfdən isə onun Avropa ilə münasibətləri şəffaf olmalıdır. Biz bu ikimənalıq və qeyri-aydın vəziyyətin uzanmasına yol verə bilmərik, hətta britaniyalıların öz maraqlarına görə. Çünki gördüyünz kimi funt düşüb və çoxlarını narahat etməyə başlayıb. Maliyyə bazarları, faiz dərəcələri üçün risklər yaranıb və bu hamıya aiddir. İqtisadi risklər var, gördüyünüz kimi artım göstəriciləri azalır. Həmçinin Böyük Britaniyada siyasi böhran riski var və bunların hamısı göz qabağındadır”,deyə o bildirib.

Qeyd edək ki, Böyük Britaniya sakinləri iyunun 23-də keçirilən referendumda Avropa Birliyindən çıxmağa səs verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG