Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:11

Palata sığortaçılara barmaq silkələdi


-

Fəaliyyətlərində nöqsanlara yol verən sığorta agentliklərininya lisenziyalarının qüvvəsi dayandırılacaq, ya da ümumiyyətlə ləğv ediləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciətində belə deyilir.

Bu haqda fins.az xəbər verir.

Palata sığorta bazarını təhlil edərkən sığorta müqavilələrinin bağlanması zamanı istehlakçıların hüquqlarının, qanunvericiliyin tələblərinin kobud pozuntularını aşkarlanıb.

Əsas nöqsanlar icbari sığorta müqavilələri üzrə endirimlərin, hədiyyələrin verilməsi, icbari sığorta haqlarının hissə-hissə ödənilməsi, hesabatlılığın təmin olunmaması ilə bağlı olub.

“Nöqsanlar təkrarlanacağı halda, lisenziyaların qüvvəsi dayandırılacaq, yaxud ləğv ediləcək. Bəzi nöqsanlara görə isə agent və agentliklər təkcə lisenziyadan məhrum edilməyəcək, onlar həm də İnzibati Xətalar və Cinayət Məcəllələrinə əsasən, cinayət məsuliyyəti daşıyacaqlar”.

Palatanın xəbərdarlığında belə deyilir.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin fevralında yaradılıb.

Mərkəzi Bankın banklara lisenziyaların verilməsi və onlara nəzarət funksiyası, sığortaçıların lisenziyalaşdırılması bu palataya həvalə edilib.

XS
SM
MD
LG