Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 07:12

P.Poroshenko baş nazir və spikerlə görüşüb


Petro Poroshenko (sağda) Azərbaycanda, 14 iyul, Bakı

Petro Poroshenko (sağda) Azərbaycanda, 14 iyul, Bakı

-

İyulun 14-də Azərbaycana gələn Ukrayna prezidenti Petro Poroshenko baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla da görüşüb.

Bu haqda Ukrayna prezidentinin saytı xəbər verir.

Prezidentlə baş nazirin görüşündə enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycanın enerji daşıyıcılarının Ukrayna üzərindən Avropa ölkələrinə ötürülməsi əsas müzakirə mövzusu olub. P. Poroshenko ölkəsinin bu sahədə əməkdaşlığa hazır olduğunu bildirib.

Ukrayna prezidentinin Oqtay Əsədovla görüşündə əsas diqqətin ərazi bütövlüyü məsələsinə yönəlib. O.Əsədov Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG