Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:34

Azərbaycanda təyyarə zavodu açıla bilər


Azərbaycan - İlham Əliyev və Petro Poroshenko

Azərbaycan - İlham Əliyev və Petro Poroshenko

►"Azərbaycan Ukraynanın dəstəyinə arxalana bilər"

Poroshenko rəsmi Bakının Krımla bağlı mövqeyindən razıdır

“Azərbaycan Dövlət Neft Şirkəti Ukraynaya 200 milyon dollardan artıq sərmayə yatırıb. SOCAR Ukrayna bazarında fəal işləyir. Ölkə ərazisində 60-dan artıq yanacaqdoldurma stansiyası açıb”.

Bunu prezident İlham Əliyev Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Petro Poroshenko ilə keçirdiyi mətbuat konfransında deyib.

Ukraynalı həmkarı ilə apardığı müzakirələrin məzmunundan danışan ölkə başçısı Odessa-Brodi neft kəməri layihəsinin reallaşdırılmasının gündəmdə olduğunu bildirib.

“Ukrayna və Azərbaycan neft nəql olunması üçün Odessa-Brodi layihəsinin reallaşdırılmasında maraqlıdır.Biz ciddi şəkildə Odessa-Brodi layihəsinin reallaşdırılmasını müzakirə etdik. Çünki Azərbaycan Avropa bazarına böyük həcmdə neft ixrac edir”, prezident söyləyib.

İ.Əliyev hərbi-texniki əməkdaşlığın inkişafının da müzakirə olunduğunu deyib:

“Birgə sənaye komplekslərinin yaradılması çox vacibdir. Həm ağır sənaye, həm də hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində yaxşı imkanlar var".

Azərbaycanda “An-178” nəqliyyat təyyarələrinin istehsalı

Ukrayna prezidenti Petro Poroshenko bildirib ki, Azərbaycanda “An-178” nəqliyyat təyyarələrinin istehsalı üçün birgə müəssisənin yaradılması imkanlarını müzakirə ediblər:

“Ən perspektiv layihələrdən biri Azərbaycana “An-178” təyyarələrinin göndərilməsi və gələcəkdə bu təyyarələrin Azərbaycan ərazisində birgə istehsalı ilə bağlıdır”.

Ukrayna status-kvonun saxlanılmasını qəbuledilməz sayır

Ukrayna prezidenti çıxışında Dağlıq Qarabağ və Krım məsələlərinə də toxunub:

“Ukrayna Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasını tamamilə qəbuledilməz hesab edir. Mən qeyd etmək istərdim ki, Ukrayna Dağlıq Qarabağı və onun hər hansı sənədlərini tanımır. Azərbaycanın da Krımla bağlı analoji mövqeyini alqışlayırıq”.

P. Poroshenko Ukraynanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olmasının da qarşılıqlı razılaşdırmalarda müsbət rol oynadığını bildirib:“Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olub və Ukraynanı fəal dəstəkləyib. İndi biz bildiririk ki, Azərbaycan da bizim 2016-2017-ci illərdəki üzvlüyümüz dövründə Ukraynanın dəstəyinə arxalana bilər”.

Prezidentlərin birgə mətbuat konfransı barədə məlumatı Ukrayna mediası paylaşıb. Rəsmi mənbələr konfransla bağlı hələ ki, hər hansı açıqlama yaymayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG