Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 12:50

'Naxçıvanda işsiz yoxdur'- Statistika Komitəsi


-

Dövlət Statistika Komitəsinin məlumatına görə, Naxçıvan Muxtar Respublikasında işsiz yoxdur.

Nə ilin əvvəlində, nə də hazırkı dövrdə Naxçıvanda heç kəsin işsiz statusu olmayıb.

Naxçıvan Muxtar Respublikasında Məşulluq İdarəsinin Naxçıvan şəhəri və 7 rayonda məşulluq mərkəzi var.

Ümumilikdə, işsizlərin sayı artıb

İyulun 1-dək Məşulluq Xidməti ölkədə 34 519 nəfərə işsiz statusu verib. Bunun 37,8 faizi qadınlardır. İyun ayı ərzində 478 nəfər işsiz statusu alıb.

Bu haqda da Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Statistikaya görə, ilin əvvəli ilə müqayisədə işsizlərin sayı 5642 nəfər artıb. İşsizlərin artımı özəl müəssisələrdə iş yerlərinin bağlanması ilə izah olunur.

Komitənin xəbərinı görə, Bakıda 15 232 nəfər rəsmi işsiz var.

Rəsmi işsiz statusu alanlardan 9 min 96 nəfəri buna görə müavinət alırlar. İlin əvvəlində isə onların sayı 1543 nəfər olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, müavinətlərin orta məbləği 248,1 manatdır.

Müstəqil ekspertlər ölkədəki işsizlərin sayının rəsmi rəqəmdən qat-qat artıq olduğunu bildirir.

İyulun 10-da prezident İlham Əliyev bu ilin 6 ayında 78 min daimi yeni iş yerlərinin açıldığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG