Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 17:48

-

Dövlət Neft Şirkəti (SOCAR) bu ilin iyun ayında dövlət büdcəsinə 98 milyon 961 min manat vəsait ödəyib.

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 24 milyon 727 min manat azdır.

Şirkətdən verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında büdcəyə 661 milyon 742 min manat vəsait ödənilib.

Bu ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 173 min manat vəsait köçürüb. Bu göstərici isə ötən ilin iyun ayı ilə müqayisədə 231 min manat çox olub.

Bir neçə gün əvvəl SOCAR “AVRO-2016”da reklam kampaniyasından sonra məhsullarının beynəlxalq bazarlardakı satışının 30 faizədək artdığını iddia edirdi.

XS
SM
MD
LG