Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 10:38

Filadelfiya Fed sədri bu il iki dəfə faiz artımı gözləyir


Londonda məzənnə

Londonda məzənnə

Filadelfiya Fed Sədri Patrik Harker, "2016-ci ildə iki dəfə faiz artırmağa ehtiyac duyula bilər" deyib. Harkerin belə deməyi dolların məzənnəsinin qalxacağının xeyrinədir, ancaq digər tərəfdən Harker Federal Açıq Bazar Komitəsinin (FOMC) səs vermə hüququ olmayan üzvüdür.

Harket, ABŞ iqtisadiyyatının Brexit qərarından -Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından çox ziyan görməyəcəyini və il sonundan əvvəl iki faiz artırımını təmin edə biləcəyini söyləyib.

Harker, Filadelfiyada çıxışında, "İnflyasiyanın gələn ilin bir dövründə hədəfə yüksələcəyinə inanıram" - deyib. O bildirib ki, "bu il iki dəfəyə faiz artırmağın məqsəduyğun olacağını və faizin 2018-in sonunda 3%-ə yaxınlaşacağını düşünürəm".

Fed, faiz artırımına şərt kimi əmək bazarının yaxşılaşmasını və inflyasiyanın 2 faiz hədəfinə doğru yüksəlməsini gözləyir, ancaq ABŞ xaricində baş verən hadisələr bazarlardakı volatilliyi artırıb.

Brexit-in qeyri-müəyyənlik yaratdığına diqqət çəkən Harker, bu qərarın çox əhəmiyyətli olmadığına işarə edib.

Harker, "Brexit risklər siyahımda alt yeri tutur"- deyə qeyd edib.

Harker, iqtisadi artımın 2016-ci ildə 2 faiz, 2017 və 2018-də 2,3 faiz olmasını gözlədiyini deyib.

XS
SM
MD
LG