Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 03:48

Bu gün Dövlət Neft Fondu (DNF) və Mərkəzi Bank (MB) hər biri 50 milyon ABŞ dolları olmaqla, ümumilikdə 100 milyon ABŞ dolları məbləğində vəsaiti hərraca çıxarıb.

DNF-dən verilən məlumata görə, vəsait 24 banka satılıb.

«İl ərzində DNF hərraclar vasitəsilə valyuta satışını davam etdiriləcək»,- deyə məlumatda deyilir.

Mərkəzi Bank son iki hərracda satıcı kimi iştirak edir.

Son hərraclara çıxarılan bütün vəsaitlər satılır. Bu, dollara ehtiyacın, hələ də, qaldığını göstərir.

MB-nin bazara qayıtmasında məqsəd dolların məzənnəsinə təsir etməkdir. Bəzi iqtisadçılar yaxın bir il ərzində devalvasiyanı qaçılmaz sayırlar.

XS
SM
MD
LG