Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:34

-

Əfqanıstan Prezidentinin idarəsi bildirir ki, Talibanla sülh danışıqlarına başlamaq planları yoxdur.

Prezident Ashraf Ghani-nin sözçüsü Haroon Chakhansuri iyulun 14-də deyib ki, Taliban təmsilçiləriylə danışıqları başlatmaq məqsədilə yaradılmış dörd tərəfli qrupun görüş planı yoxdur. Məlumatı “Associated Press” agentliyi yayıb.

Əfqanıstan, Pakistan, Çin və ABŞ təmsilçilərindən ibarət bu qrup bu il 5 dəfə, Kabildə və Pakistanda görüşüb. Amma Taliban danışıqlarda iştirakdan imtina edib.

Ghani İslamabadı Taliban liderlərini qorumaqda ittiham edir, Pakistan rəsmiləri bunu danır.

Günün bütün mövzuları

XS
SM
MD
LG