Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:31

Bu ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 27 milyard 2.3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.4% az Ümumi Daxili Məhsul (ÜDM) istehsal edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, düşüşün əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub. Əlavə dəyərin 38.5%-i sənayedə, 11.8%-i ticarət, 9.1%-i tikinti, 6.8%-i nəqliyyat və anbar təsərrüfatı, 5.1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə, 16.3%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7.6%-i təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 min 809.7 manata bərabər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG