Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:00

Statistika Komitəsi: Ərzaq 12 faiz bahalaşıb


Bazar
Bazar

2016-cı ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10.5 faiz bahalaşıb.

Ərzaq məhsullarının qiymətləri 11.9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15.4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4.5 faiz bahalaşıb.

Xəbəri Dövlət Statistika Komitəsi yayıb.

Ay ərzində düyü, qarabaşaq yarması, yulaf və arpa yarması, toyuq əti, kərə və zeytun yağları, limon, naringi və çiyələyin qiyməti artıb. Makaron məmulatları, mal və qoyun əti, pasterizə olunmamış üzlü süd, yumurta, günəbaxan və qarğıdalı yağları, alma, armud, banan, gilas, alça, ərik, şaftalı, pomidor, xiyar, badımcan, yerkökü, çuğundur, bibər, göy lobya, kələm, kartof, sarımsaq, soğan ucuzlaşıb.

İyun ayında parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatlarının, yemək qablarının,məişət cihazlarının, televizor və kompyuterlərin, minik avtomobilləri və onların ehtiyat hissələri də bahalaşıb.

XS
SM
MD
LG