Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:26

Büdcə kəsirlə icra olunur


Büdcə. Karikatura
Büdcə. Karikatura

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 6 milyard 133.8 milyon manat vəsait daxil olub. Bu barədə nazirliyə istinadla Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, hesabat dövründə büdcədən 6 milyard 821.5 milyon manat vəsait xərclənib.

Nəticədə büdcənin icrasında 687.7 milyon manatlıq kəsir yaranıb ki, bu da Ümumi Daxili Məhsulun 2.5%-inə bərabərdir.

Bu ilin dövlət büdcəsi isə iki dəfə qəbul edilib. 2016-cı ilin əvvəlki büdcəsində gəlirlər 14.5 milyard manat nəzərdə tutulmuşdusa, sonradan bu, 16.5 mlrd manata qaldırıldı.

Xərclər isə 16.2 milyarddan 18.3 milyard manata yüksəldildi. Əvvəl neftin bir bareli 50 dollara götürülmüşdü, dəyişiklikdən sonra isə 25 dollara endirildi.

XS
SM
MD
LG