Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:19

Merkel-in Qırğızıstana "tarixi" səfəri


Angela Merkel (solda) və Almazbek Atambayev

Angela Merkel (solda) və Almazbek Atambayev

-

Almaniya kansleri Angela Merkel Qırğızıstana 2 günlük səfəri zamanı Prezident Almazbek Atambaev-lə görüşüb.

İyulun 13-də kansleri Manas aeroportunda Atambaev şəxsən qarşılayıb.

Prezident sarayında görüş zamanı Atambaev deyib ki, Qırğızıstan Merkel-in səfərinə böyük əhəmiyyət verir. O, səfəri “tarixi” adlandırıb, çünki bu, Merkel-in həmin ölkəyə ilk səfəridir.

Merkel-in sözlərinə görə, Qırğızıstan demokratiyasinı inkişaf etdirir və bu yol Berlinlə Bişkeklə münasibətlərin gücləndirməsinə gətirər.

Kansler dini və etnik liderlərlə də görüşüb.

Merkel-in Qırğızıstana səfəri simvolik, demokratik seçki keçirdiyinə görə mükafat sayılır. O, demokratik uğurlarıyla ad çıxarmış Monqolustana da baş çəkəcək. Ancaq Qırğızıstandan daha böyük iqtisadiyyatlara malik Qazaxıstan və Özbəkistan kimi ölkələrə getmir.

Qırğızıstanda vaxtilə böyük sayda etnik almanlar yaşayıb. Ancaq indi cəmi 9 min 400 nəfər qalıb. Çünki çoxu Almaniyaya və digər ölkələrə mühacirət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG