Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:11

-

ABŞ Dövlət katibi John Kerry Moskvaya səfəri zamanı İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı daha böyük hərbi əməkdaşlıq təklif edəcək. Ancaq əvəzində Rusiya və Suriya yeni hökumətə siyasi keçid prosesinə başlamalıdır. Bu barədə media iyulun 13-də yazıb.

İyulun 14-də Kerry-nin Rusiya paytaxtına ikigünlük səfəri başlanır. Əsas müzakirə mövzusu da Suriyadakı vətəndaş müharibəsi, Prezident Bashar al-Assad-ın gələcəyi, Ukrayna böhranı olacaq.

“The Washington Post” iyulun 13-də yazıb ki, Kerry özüylə böyük bir təklif aparır. İŞİD və Al-Qaedanın Suriya qanadı olan Al-Nusra Cəbhəsini məğlub etməkdən ötrü əməkdaşlıq təklif edəcək. Qəzetin yazdığına görə, ABŞ hava kampaniyasının koordinasiyası üçün yeni hərbi komandanlıq-nəzarət qərargahı yaratmağı təklif edir. “Təklif olunan Birgə İcraedici Qrup İordaniyada, Əmman yaxınlığında yerləşəcək”, məlumatda deyilir.

Kerry daha öncə də Suriyada sülhlə bağlı Rusiyanı dilə tutmağa çalışıb. “Amma o, bir daha döyüşlərin kəsilməsinə nail olmağa çalışır. İdeyalarımızı rusiyalılara çadırmışıq”, Dövlət Departamentinin sözçüsü Mark Toner iyulun 13-də deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG