Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:53

-

Britaniyanın Avropa Birliyindən çıxmasından (Brexit) ötrü kampaniya aparmış Boris Johnson xarici işlər naziri təyin olunub. Boris Johnson Londonun keçmiş meridir. Yeni baş nazir Theresa May onun xarici siyasət idarəsinə rəhbərlik edəcəyini bildirib.

Johnson AB-dən çıxmaq kampaniyasına rəhbərlik etsə də, bu prosesi tamamlamağa planının olmamasına görə tənqid edilib.

Sərt yumorlu bu şəxsi britaniyalılar, sadəcə, “Boris” kimi tanıyırlar. O, dünya liderləri ilə həssas diplomatiya aparmağa ziddiyyətli seçim sayılır.

Boris Johnson ABŞ Prezidenti Barack Obama, vaxtilə dövlət katibi olmuş Hillary Clinton barədə qalmaqallı şərhləriylə ad çıxarıb.

O, AB-nin məqsədlərini Adolf Hitler və Napoleon-la müqayisə edib. Bu yaxınlarda isə zarafatla deyib ki, Nyu Yorka getməyə qorxur, çünki respublikaçılardan prezidentliyə namizəd olacaq Donald Trump ilə “real görüşmək riski var”.

Günün bütün mövzuları

XS
SM
MD
LG