Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:18

-

Britaniyada Mühafizəkarlar Partiyasının yeni lideri olan Theresa May ölkənin yeni baş naziri təyin edlib. Kraliça II Yelizaveta iyulun 13-də David Cameron-un istefasını qəbul edib.

May vəzifədə ilk çıxışında vəd edib ki, “ədalətsizliyə od vuracaq” və Avropa Birliyindən çıxmağa hazırlaşan ölkədə “daha yaxşı Britaniya quracaq”.

O, həmçinin Birləşmiş Krallığın vəhdətinin saxlanması naminə çalışacağını sözlərinə əlavə edib. Belə ki, İngiltərə və Uels AB-dən çıxmağa, Şotlandiya və Şimali İrlandiya isə qalmağa səs verib.

May onu da deyib ki, 23 iyun referendumundan sonra sabitsizlik yaranmış maliyyə bazarlarını sakitləşdirməyə çalışacaq.

Avropa Komissiyasının prezidenti Jean-Claude Junker iyulun 13-də May-i Brüssellə AB-dən çıxmaq üzrə danışıqlara dərhal başlamağa çağırıb. May daha öncə demişdi ki, prosesi başlatmağa 2017-ci ilədək gözləyə bilər.

May referendumdan öncə Britaniyanın qurumda qalmasına çağırırdı. O, avroskeptik olan mühafizəkar deputat David Davis-i AB-dən çıxmağa məsuliyyət daşıyan nazir təyin edib.

XS
SM
MD
LG