Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

Ukrayna prezidenti Azərbaycana gəlib


Petro Poroshenko
Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib.

Xəbəri AZƏRTAC yayıb.

P.Poroshenkonu hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Nümayəndə heyətinin tərkibinə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev də daxildir.

Ukrayna prezidentinin Azərbaycana səfəri bu ilin fevralında Davos İqtisadi Forumu çərçivəsində prezidentlər İ.Əliyev və P.Poroshenko arasında müzakirə edilmişdi. Səfərin ilin ikinci yarısına həyata keçirilməsi planlaşdırılmışdı.

XS
SM
MD
LG