Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:35

İİTK-ya yeni səlahiyyətlər verilib


İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev «İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsində dəyişikliklər edilməsi haqqında» Fərman imzalayıb.

Sənədin mətni president.az saytında yerləşdirilib.

Dəyişikliklərə əsasən, mərkəzə müxtəlif qurumların sifarişləri ilə ayrı-ayrı dövlət proqramları və layihələri ilə bağlı sorğu keçirmək, bu proqramları monitorinq etmək və dəyərləndirmək, səmərəsini, məmnunluq reytinqlərini müəyyənləşdirmək səlahiyyətləri verilib.

Fərmanın müddəalarının yerinə yetirilməsi ilə bağlı Nazirlər Kabineti və Maliyyə Nazirliyinə tapşırıqlar verilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu ilin aprelində yaradılıb.

XS
SM
MD
LG