Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:45

Nüvə sazişinə qarşı layihəni qəbul etdilər


Arakda ağırlaşdırılmış su zavodu, arxiv fotosu

Arakda ağırlaşdırılmış su zavodu, arxiv fotosu

-

İyulun 13-də ABŞ Nümayəndələr Palatası İranla nüvə sazişinə zərbə vuran qanun layihəsini qəbul edib. Həmin layihə İrandan “ağırlaşdırılmış su”yun alışını qadağan edir. Nüvə sazişi buna icazə verir.

Layihə 249-176 səs çoxluğuyla qəbul edilib, Respublikaçıların, demək olar ki, hamısı ona səs verib.

Prezident Barack Obama isə layihəyə veto qoymaqla hədələyib.

Bu həftə Palata nüvə sazişinə zərbə vuran daha iki addımı səsverməyə çıxarmalıdır.

Nüvə sazişinə görə, İran Arak nüvə reaktorunda ağırlaşdırılmış su və zənginləşdirilmiş urandan istifadə edə bilər, artığını isə beynəlxalq bazarda satışa çıxarmalıdır.

Obama administrasiyası apreldə İrandan 8,6 milyon dollarlıq ağırlaşdırılmış su almağa razılaşıb. Bu sövdələşmə respublikaçıları qəzəbləndirib. Onlar deyirlər ki, İran ağırlaşdırılmış su emalına görə cəzalandırılmalıdır, onu ABŞ vergiödəyicilərinin pulları ilə mükafatlandırmaq lazım deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG