Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:37

Məktəb qətliamının təşkilatçısı öldürülüb


Pakistanda qətl törədilmiş məktəb

Pakistanda qətl törədilmiş məktəb

-

2014-cü ildə Pakistanda məktəbdə 150 nəfərin ölümüylə nəticələnmiş hücumun təşkilatçısı Əfqanıstanda ABŞ dronuyla qətlə yetirilib. Bunu Pakistan ordusu iyulun 13-də açıqlayıb.

Ordunun sözçüsü deyib ki, ABŞ ordusunun generalı Taliban lideri Khalifa Umar Mansoor-un ölümünü Pakistan ordusunun rəhbəri general Raheel Sharif-lə telefon söhbətində təsdiqləyib.

Pentaqon da iyulun 13-də bildirib ki, Mansoor iyulun 9-da Əfqanıstanın şərqindəki Nangarhar vilayətinə hava hücumunda, dörd yaraqlı ilə birgə öldürülüb.

Umar Naray və Khalid Khurasani adlarıyla tanınmış Mansoor Taliban intiharçı qrupuna təlim keçib onları Peşəvərdəki məktəbə göndərməyə görə məsuliyyəti götürmüşdü. Həmin hücumda 150 nəfər öldürülmüşdü, onlardan 144-ü uşaq idi.

Mansoor bu ilin əvvəlində Pakistanda universitetə də hücum planlaşdırıb, 21 tələbə və müəllim həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG