Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:59

-

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) xuliqanlıqda ittiham olunaraq bir illik islah işlərinə cəlb edilən jurnalist Elçin Həsənovun işi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Dövlət ittihamçısı jurnalistin həbs edilməsi ilə bağlı məhkəməyə apelyasiya protesti verib.

VCMK hesab edir ki, məhkəmə hökmünün qüvvəyə minmə ərəfəsində prokurorluğun belə addım atması müəyyən suallar yaradır.

“Bu, siyasi xarakter daşıyır. Belə ki, Nizami Rayon Məhkəməsində dövlət ittihamçısı çıxarılmış hökmdən narazı qalmamışdı”.

VCMK xatırladır ki, istintaqın gedişi zamanı Elçin Həsənovun Avropa Konvensiyası ilə təsbit edilmiş hüquqları və Azərbaycan Konstitusiyasının tələbləri pozulub.

VCMK Nizami Rayon Məhkəməsinin çıxardığı hökmün əsassız olduğunu, jurnalistə bəraət verilməsini məhkəmədən xahiş edib.

Elçin Həsənov ötən il keçmiş “Asiya” agentliyinin rəhbəri Cəfər Cəfərovun ona təzyiq etməsi ilə bağlı şikayət vermişdi. Sonradan bu şikayət onun özünə qarşı çevrilib.

Martda Elçin Həsənova qarşı Cinayət Məcəlləsinin 221-1-ci maddəsi ilə cinayət işi açılıb. Daha sonra ittiham daha ağır maddə ilə 221-3 (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) əvəzlənib.

Nəsimi rayon Məhkəməsi ötən ay həmin ittiham üzrə Elçin Həsənovu 1 il müddətinə islah işlərinə məhkum edib.

İyulun 11-də isə dövlət ittihamçısı Əsədulla Ramazanov jurnalistin həbs edilməsi ilə bağlı məhkəməyə apelyasiya protesti verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG