Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:33

-

Məhkəmə Hüquq Şurası 8 hakimi cəzalandırıb. Fəaliyyətlərində ciddi qanun pozuntuları və süründürməçilik hallarına yol verdiklərinə görə Şəki Apellyasiya Məhkəməsinin hakimi İmamverdi Şükürova, Beyləqan Rayon Məhkəməsinin sədri Maşalla Şirvanova və həmin məhkəmənin hakimi Nəsrullah Əliyevə töhmət verilib.

Bu qərarlar şuranın iyunun 13-də keçirilən toplantısında qəbul edilib. Bu haqda qurumun saytı xəbər verir.

Şura həmçinin, qanunvericiliyin pozuntusuna yol vermələri səbəbəindən daha 5 hakim barədə intizam icraatının başlanması haqda qərar qəbul edib.

Hakimlərin töhmətə münasibəti bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG