Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 07:41

-

İyulun 13-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov belaruslu həmkarı Oleq Belokonev ilə görüşüb.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Nazirlikdə keçirilən görüş zamanı N.Sadıkov deyib ki, Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. İki ölkə arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar var.

”Əminəm ki, sizin səfəriniz ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın genişləndirilməsinə yeni təkan verəcək. Belarus şirkətlərinin cari ilin sentyabrında Bakıda keçiriləcək "АDEX-2016" sərgisində iştirakı da ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə ikitərəfli işbirliyinin inkişafında mühüm rol oynayacaq”, - N.Sadıkov vurğulayıb.

İyulun 15-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Hərbi Hava Qüvvələrinin aviasiya bazası, Hərbi Dəniz Qüvvələrinin qərargahı, dəniz hazırlığı və dalğıc poliqonu, eləcə də sülhməramlı qüvvələrin hərbi hissəsinə baş çəkəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG