Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:56

Ermənistanın baş naziri Ovik Abramyanla İranın birinci vitse-prezidenti Eshaq Cahangiri arasında telefon danışığı olub.

"news.am" agentliyi xəbər verir ki, O. Obramyan İrandan Ermənistana nəql olunan qazın həcminin artırılması ilə bağlı İrana müraciət edib. E. Cahangiri təklifə müsbət cavab verib.

Xatırladaq ki, iyulun 10-dan avqustun 10-dək magistral kəmərdə aparılan təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz nəqli dayandırılıb.

Rusiyadan qaz nəqlinin dayandırılması ilə Ermənistan əhalisinin qaz təchizatı yeraltı anbarlardakı ehtiyat qaz hesabına aparılır.

XS
SM
MD
LG