Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:05

-

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, Zakir Hadı oğlu Babayev Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna direktor təyin edilib.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Z.Babayev 1993-cü ilin yanvarın 12-də Dövlət Sosial Müdafiə Fondunun sədr müavini vəzifəsinə təyin edilib.

Nazirin digər əmrləri ilə Əminə Seyidzadə, Səfər Mehdiyev və Sərdar Xıdırov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktorunun müavinləri vəzifələrinə təyin olunublar. Ə.Seyidzadə və S.Xıdırov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavinləri, S.Mehdiyev isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıblar.

Bu ilin martında prezidentin fərmanına əsasən, Dövlət Sosial Müdafiə Fondu nazirliyin strukturuna daxil edilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG