Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 02:34

Uşaq ölümləri hüquq-mühafizə orqanlarını hərəkətə gətirdi


Foto arxiv

Foto arxiv

Son bir neçə ayda azı 5 azyaşlı uşaq yaşadıqları mənzillərin eyvan və pəncərələrindən yıxılaraq həyatını itirib.

Mayın 12-də Nizami rayonunda 3 yaşlı İsa Vəliyev, mayın 28-də 3 yaşlı Jalə İbrahimova, iyunun 28-də Binəqədidə 2 yaşlı İmran Quliyev, iyulun 3-də 5 yaşlı Nadir Xəlilov və iyulun 10-da isə Pirallahıda 2 yaşlı Arzu Abışzadə həlak olub.

Bu haqda Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilir.

Müvafiq rayon prokurorluqlarında CM-nin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işləri başlanıb və istintaq aparılır.

DİN və Baş Prokurorluq belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmağa dəvət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG