Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 07:13

“Türkiyə Suriya və İraqla yaxşı münasibətlər qurmaq istəyir və terrorçuluqla mübarizənin uğurlu olması üçün hər iki ölkədə sabitlik olmalıdır”.

Bunu iyulun 13-də Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.

Qeyd edək ki, Türkiyə Suriya prezidenti Bashar Assad rejiminin ən qatı əlehdarlarından biridir və onun getməsini istəyir.

Amma Binali Yıldırım mayda baş nazir seçildikdən sonra dəfələrlə bəyan edib ki, Türkiyə dostlarını artırmalı, düşmənlərini isə azaltmalıdır.

O iyulun 13-də deyib ki, Ankara Rusiya və İsraillə münasibətləri normallaşdırıb və bunu Suriya ilə də edəcək.

Binali Yıldırım bunun Türkiyə üçün əsas və qaçılmaz məsələ olduğunu deyib.

O deyib ki, əsirlərdir Aralıq və Qara dəniz hövzəsində birgə yaşayırıq.

Ona görə də Suriya və İraq da daxil olmaqla bütün qonşularımızla yaxşı münasibətlər qurmalıyıq.

Qeyd edək ki, Türkiyə prezidenti Racep Tayyip Erdogan Bashar Assadın qatı tənqidçilərindən biridir.

Analitiklər hesab edir ki, vəziyyətin dəyişməsi onu ritorikasını yumşaltmağa məcbur edəcək.

XS
SM
MD
LG