Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:34

Siyasi bəyanatlarla prokurorluq orqanlarından istefa verən keçmiş müstəntiq Rüfət Səfərovun məhkəməsi başlayır. İlk məhkəmə iclası iyulun 25-də keçiriləcək.

Bu haqda «Turan» İnformasiya Agentliyinə Rüfət Səfərovun özü məlumat verib.

Keçmiş müstəntiqin işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsi baxacaq. Rüşvət almaqda ittiham olunan R.Səfərov həmin vaxt Zərdab rayonunda çalışdığından, cinayət işi ərazi aidiyyəti üzrə Lənkərana göndərilib.

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, düşüncələrinə yönəldiyini ifadə edib.

R.Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, ötən il dekabrın 20-də Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa vermişdi.

Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılmışdı. Mənzildən onun kompüteri, telefonu götürülmüşdü.

Yanvarın 15-də isə Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb. O, həbs olunmuşdu.

Ancaq yanvarın 22-də Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmiş və R.Səfərov azadlığa buraxılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG