Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:39

Məktəbdən silah-sursat tapılıb


Polis
Polis

Bakının Xətai rayonundakı 261 saylı məktəbin zirzəmisindən silah-sursat tapılıb.

Xəbəri Daxili İşlər Nazirliyi yayıb.

DİN bildirir ki,iyulun 12-də 261 saylı məktəbin direktoru məktəbin zirzəmisində təmir işləri aparılarkən silah və sursat tapılması barədə yerli polis idarəsinə məlumat verib.

Hadisə yerinə gəlmiş polis əməkdaşları oradan 1 ədəd alışqansız «F-1» qumbarası, 1 ədəd alışqanlı «RQD-5» qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd «Viola-M» rabitə qurğusu aşkar ediblər.

Silah-sursatın məktəb zirzəmisinə necə düşməsi hələ aydın deyil.

XS
SM
MD
LG