Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:45

MB bu dəfə 100 milyon manat cəlb etmək istəyir


Mərkəzi Bank
Mərkəzi Bank

Mərkəzi Bank (MB) banklardan manat vəsaitinin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.

MB-dən verilən xəbərə görə, növbəti depozit hərracı iyulun 18-də saat 11:30 – 11:45-də «Bloomberg» ticarət sistemində keçiriləcək. MB-nin şərtlərinə görə, hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:30-dur. Hərrac çərçivəsində 100 milyon manat depozitin cəlb edilməsi nəzərdə tutulur. Vəsaitlər 30 gün müddətinə, aylıq 4.01%-6.99% dərəcə ilə qəbul ediləcək.

Bu, MB-nin keçirdiyi 4-cü depozit hərracı olacaq. Bundan əvvəl - iyulun 11-dəki depozit hərracında MB aylıq 5.96% ilə 50 milyon manat cəlb edib.

İlk depozit hərracı isə bu il iyunun 13-də baş tutub. Həmin hərracda MB planlaşdırdığı 150 milyon manat əvəzinə 129 milyon manat depozit cəlb edə bilib. Həmin vəsaitlər aylıq 6.49% dərəcəsi ilə yerləşdirilib.

XS
SM
MD
LG