Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:46

-

İyulun 12-də İran Fransanın Tehrandakı səfirini çağıraraq Parisdəki nümayişə etirazını bildirib. Həmin nümayişi mühacirətdə yaşayan iranlılar Tehran rejiminin devrilməsi tələbiylə keçiriblər.

Yürüşü iyulun 9-da İran Milli Müqavimət Şurası təşkil edib. Bu şura 1979-cu il İslam inqilabından sonra İran hökumətinə qarşı silahlı mübarizə apararaq onlarla yüksək çinli rəsmini qətlə yetirən İran Xalq Mücahidləri Təşkilatının siyasi qanadıdır.

Qrup yürüşdə 100 min iranlının iştirak etdiyini bildirir.

“Əli İran xalqının qanına bulaşmış şəxslərin toplantısı qəbuledilməzdir”, İran Xarici İşlər Nazirliyinin şöbə müdiri Abolghassem Delfi deyib.

İran rəsmilərini özəlliklə narazı salan Parisdəki yürüşdə Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətinin keçmiş rəhbəri Şahzadə Turki al-Faisal-ın çıxışıdır. O, qrupun İran hökumətinə qarşı mübarizəsini açıq-aşkar dəstəkləyib.

Şiə İranıyla sünni Səudiyyə Ərəbistanı dini və siyasi rəqiblərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG