Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 02:00

İyulun 13-də Bakının Abşeron və Suraxanı rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Xəbəri «Azəriqaz» yayıb.

«Azəriqaz» bildirir ki, yeni çəkilmiş qaz xəttinin mövcud xəttə qoşulması və qaz xətti üzərində tənzimləyicilər quraşdırılması nəzərdə tutulur. Buna görə də iyulun 13-ü saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonunun Mehdiabad, Ceyranbatan və Saray qəsəbələri ərazisində, Suraxanı rayonu Hövsan qəsəbəsi, Bahar, Dədə Qorqud yaşayış massivi və köhnə Suraxanı qəsəbəsi ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Sabunçu, Binəqədi və Xəzər rayonlarının qaz təchizatına təsir göstərməsi də istisna edilmir –«Azəriqaz» xəbərdarlıq edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG