Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 19:09

İyulun 13-də Qazaxıstan paytaxtı Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirilir.

APA-nın xəbərinə görə, görüşdə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin razılaşdırılması, Xəzərdə əməkdaşlığın müxtəlif istiqamətləri, Astanada keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.

Görüşdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

İyulun 11-12-də Astanada Xəzərin hüquqi statusunun müzakirəsi ilə bağlı işçi qrupun toplantısı keçirilib. İşçi qrup növbəti iclasın İranda keçirilməsi barədə qərar qəbul edib.

Xəzərin hüquqi statusunun müəyyən olunması ilə bağlı danışıqlar 1998-ci ildən başlayıb. Dənizin bölgüsünə münasibətdə Azərbaycan, Qazaxıstan və Rusiya arasında razılıq olsa da, İran və Türkmənistanın bu məsələyə fərqli baxışları mövcuddur.

Günün bütün mövzuları

XS
SM
MD
LG