Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:50

13 iyul atəşkəs açıqlaması


Erməni əsgər
Erməni əsgər

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozduğunu bildirir.

Xəbərdə deyilir ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan, Voskepar, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı və Kəmərli kəndlərində, Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Tovuz rayonunun Hacıalılı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelər atəşə tutulub.

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Bu il aprelin 2-5-də Qarabağ cəbhəsində hərbi əməliyyatlar olub. Hər iki tərəf onlarla itki verib.

Mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü keçirilib.

Siyasi şərhçilər aprel döyüşlərindən sonra Qarabağ münaqişəsinin həlli yönündə tərəflər arasında danışıqların intensivləşdiyini desələr də, konkret addımlar atılmadığı qənaətindədirlər.

XS
SM
MD
LG