Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:19

Moskva “terrorçu” və “ekstremist” siyahısını açıqladı


Mykola Semena

Mykola Semena

-

Moskva Ukraynanın Krım yarımadasında anadan olmuş 22 nəfəri “terrorçu və ekstremist” elan edib. Siyahını iyulun 12-də Rusiyanın Federal Maliyyə Monitorinqi Xidməti (Rosfinmonitoring) açıqlayıb. Buraya Moskvanın Krımı qanunsuz ilhaqını pisləyən jurnalistlər, dinc fəallar, siyasi məhbuslar daxildir.

Siyahıda AzadlıqRadiosunun Krım barədəki saytıyla əməkdaşlıq edən Mykola Semena-nın da adı var Onu Krım hakimiyyəti separatçı çağırışlarda suçlayır. Eləcə də bloqqer Yuriy Ilchenko-nun adına rast gəlinir. O bu yaxınlarda Rusiyanın Krımı ilhaqı pisləyən məqaləsinə görə həbs olunub.

ABŞ, Avropa Birliyi, ATƏT və beynəlxalq media qrupları Krımda müstəqil jurnalistlərə və fəallara qarşı təzyiqlərdən narahatlıq bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG