Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:13

NATO-Rusiya sammiti keçiriləcək


Varşava sammiti, Ukrayna prezidenti Petro Poroshenko (solda) və NATO-nun baş katibi Jens Stoltenberg

Varşava sammiti, Ukrayna prezidenti Petro Poroshenko (solda) və NATO-nun baş katibi Jens Stoltenberg

-

İyulun 13-də NATO və Rusiya sammiti keçiriləcək.

Rusiyayla alyansın 28 üzvünün səfirləri 2014-cü ildən bəri ikinci dəfədir görüşür. 2 il öncə Rusiya Ukraynanın Krım vilayətini anneksiya edəndən sonra Qərblə Moskvanın münasibətləri pisləşib.

NATO bildirir ki, Moskvaya ötən həftəki qərarı barədə məlumat verəcək. Ötən həftə Varşavadakı sammitdə alyans Şərqi Avropada iştirakını gücləndirməyə qərar verib. Belə ki, NATO Polşa və Baltik ölkələrinə 4 minədək əsgər göndərəcək.

Moskva isə ABŞ-ın raketdən müdafiə sistemini müzakirə edəcəyini deyib.

NATO və Rusiya Ukrayna böhranını, hərbi sahədə şəffaflığı və Əfqanıstanda təhlükəsizlik durumunu da götür-qoy edəcəklər.

Rusiya alyansın ötən həftəki qərarını kəskin pisləyib, onu aqresiyyada ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG